Şrift:
Bakıda və Tovuzda qətl hadisəsi törədilib
27.10.2011 [12:23] - Hadisə
Azərbaycanda bir gündə iki qətl törədilib.

Suraxanı Rayon Prokurorluğundan verilən məlumata görə, ötən gecə Əmircan qəsəbəsi, Musabəyov küçəsində Ramiz Mahmudov münaqişə zəminində Əfqan Zamanovu bıçaqlayıb. Ə. Zamanov təcili olaraq xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Digər qətl hadisəsi Tovuz rayonunda qeydə alınıb. Rayonun Düzçırdaxan kənd sakini 21 yaşlı İlkin Sadıqov münaqişə zəminində həmyaşıdı Vüsal Orucovu bıçaqlayıb. İki ağır bıçaq xəsarəti alan V. Orucov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Hər iki faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Bu xəbər oxucular tərəfindən 690 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed