Şrift:
Almaniyada yeni koronavirusun yayılması nəzarət altına alınıb
17.04.2020 [13:36] - Xəbərlər, Siyasət
Almaniyada COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılması nəzarət altına alınıb.

Almaniya KİV-ləri xəbər verir ki, ölkənin Səhiyyə naziri Yens Şpanın sözlərinə görə, aprelin 12-dən başlayaraq yeni yoluxma halları sağalanların sayından az müşahidə olunur. “Hazırda Almaniyada koronavirusa yoluxan 130 minə yaxın insandan 80 mindən çoxu sağalıb”, - deyə nazir cümə günü keçirilən brifinqdə bildirib.

Pandemiyanın statistikasını aparan Worldometers saytının Bakı vaxtı ilə bu gün saat 13:00-a olan məlumatına əsasən, Almaniyada 138 min 135 yoluxma və 4 min 93 ölüm faktı qeydə alınıb, COVID-19 xəstəliyindən sağalanların sayı isə 81 min 800 nəfər təşkil edib.
Bu xəbər oxucular tərəfindən 413 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed