Şrift:
Azərbaycanda koronavirus infeksiyasına 57 yeni yoluxma faktı qeydə alınıb, 68 nəfər sağalıb
17.04.2020 [19:16] - Xəbərlər, Siyasət
Azərbaycan Respublikasında koronavirus infeksiyasına 57 yeni yoluxma faktı qeydə alınıb, 68 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkəmizdə 1340 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 528 nəfəri müalicə olunaraq sağalıb, 15 nəfər vəfat edib, 797 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 26 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 86 min 607 test aparılıb.
Bu xəbər oxucular tərəfindən 362 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed