Şrift:
Nyu Yorkda həyat nə zaman normala dönməyə başlayacaq.
19.04.2020 [11:27] - Xəbərlər, Siyasət
Nyu Yorkda həyat nə zaman normala dönməyə başlayacaq. Bu sualın cavabı hələ dəqiq bəlli deyil.Carona virusunun Amerikada ən çox zərər vurduğu ştat məhz Nyu York olmuşdu. Dünyanın ən parlaq şərəhrində virus səbəbilə 9 min insan həyatını itirib. Nyu York qubernatoru Andreu Cuomo federal hökuməti onlara az yardım etməkdə qınasa da prezident Tramp həmişə ona verməyə cavab tapır. Məsələn bu gün prezident tvitterdə belə bir paylasım edib. “Cuomu daha az deyinməli və daha çox işləməlidir”. Cumonun reaksiyası isə daha gecikməyib.

“Trampa cavab üçün bunu demək istəyirəm.Birincisi əgər o Ağ Evdə oturub televizora rahatlıqla baxırsa, deməli işləmir.Bəlkə gedib bir az işləmək lazımdır. İkincisi gəlin siyasəti və şəxsi eqomuzu bundan kənar saxlayaq, çünki bu məsələ insanlar barədədir. Bu bizim işimizdir. Gəlin insanları qorumaqda fokuslaşaq. Mən bir neçə dəfə demişəmki bizə təçili hospitallar lazım olanda prezident təcili addım atıb. Bu səbəblə onu çoxlu tərifləmişəm də.”

Dünyanın ən məşhur şəhərlərindən olan Nyu Yorkun iqtisadiyyatı isə açılmağa hazırlaşır. Lakin əvvəlcə ştat ərazisində kütləvi testlər ediləcək.Ümumilikdə açılımın birinci fazasında hökumət ayda 4,5 milyon test etməyi bacarmalıdır.Eyni zamanda yeni növ test üzərində də çalışılır. Hökümətin vədəndaşlara göndərdiyi birdəfəlik yardım artıq hesablarda görünür. Prezident Trump bu həftə Corona virusunun zərər vurduğu fermerlərə də yardım paketi qəbul edib. 19 milyard dolarlıq yardım fermerlərə birbaşa ödənəcək.
Bu xəbər oxucular tərəfindən 128 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed