Şrift:
Litvada koronavirusa yoluxanların sayı artıb
19.04.2020 [11:32] - Gündəm, Sosial
Litvada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 90 nəfər artaraq 1149-dan 1239-a çatıb.

Bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 58 min 816 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 5715 nəfərdən götürülən analizin 90-nın nəticəsi müsbət çıxıb.

Qeyd edək ki, indiyədək bu ölkədə koronavirusdan 32 ölüm qeydə alınıb.
Bu xəbər oxucular tərəfindən 139 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed