Şrift:
Körfəz ölkələrində koronavirusa yoluxma və ölüm halları artıb
20.04.2020 [10:07] - Gündəm, Sosial
Aprelin 19-da Körfəz ölkələrində COVID-19-a yoluxma və ölüm halları artıb.

Son sutka ərzində Səudiyyə Ərəbistanında koronavirusa 1088 nəfər yoluxub, beş nəfər isə həyatını itirib. Krallığın Səhiyyə Nazirliyi bildirib ki, həyatını itirənlərin dördü Məkkə şəhərində yaşayan əcnəbilərdir. Bu ölkədə indiyədək koronavirusdan 97 nəfər dünyasını dəyişib. Ötən sutkada ən çox yoluxma halı da (251 nəfər) Məkkədə qeydə alınıb.

Birləşmiş Ərəb Əmirliklərinin Səhiyyə Nazirliyi son sutka ərzində 477 nəfərin koronavirusa yoluxduğu, iki insanın isə öldüyü barədə məlumat yayıb. Bu ölkədə indiyədək COVID-19-a 6302 yoluxma, bu xəstəlikdən 37 ölüm qeydə alınıb. Dubay Əmirliyində sosial şəbəkələrdə koronavirusla bağlı saxta məlumatları paylaşanların 5 min dollar cərimə ediləcəyi barədə qərar verilib.
Digər Körfəz ölkələrində də koronavirusa yoluxma və ölüm halları artıb. Küveytdə koronavirusa 97 nəfər yoluxub, bir insan isə həyatını itirib. Qətərdə isə 560 yoluxma, 1 ölüm faktı qeydə alınıb.
Bu xəbər oxucular tərəfindən 345 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed