Şrift:
Bakıda Azərbaycan–Özbəkistan biznes forumu keçiriləcək
09.10.2012 [13:48] - İqtisadiyyat
Özbəkistanın Baş nazirinin müavini Uluqbek Rozukulovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gələcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Səfər çərçivəsində oktyabrın 11-də İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə AZPROMO tərəfindən Bakıda Azərbaycan-Özbəkistan Biznes Forumu keçiriləcək.
Tədbirdə Özbəkistanın kənd təsərrüfatı və qida sənayesi, ağır sənaye, tekstil, tikinti materialları və kənd təsərrüfatı texnikasının istehsalı və digər sektorları təmsil edən iş adamları iştirak edəcəklər.
2011-ci ilin yekunları üzrə Azərbaycanla Özbəkistan arasında mal dövriyyəsi 72,44 milyon dollar təşkil edib ki, burada idxalın payına 50,5 milyon dollar düşüb.
Bu xəbər oxucular tərəfindən 1130 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed