Şrift:
Son sutka ərzində Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 1657-yə çatıb
21.04.2020 [11:05] - Xəbərlər, Sosial
Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı son 24 saat ərzində 92 nəfər artıb və 1657-yə çatıb.

Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, indiyədək 261 nəfər sağalıb, 5 xəstə dünyasını dəyişib.

Özbəkistan Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, ölkədə karantin rejimi aprelin 20-dən mayın 10-dək uzadılıb.

Xatırladırıq ki, aprelin 1-dən Özbəkistanda karantin rejiminin tətbiqinə başlanılıb.

Hazırda Özbəkistanda stasionar və ev şəraitində karantində təxminən 90 min adam var.
Bu xəbər oxucular tərəfindən 398 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed