Şrift:
Ermənilərin “Hyatt” brendi Azərbaycandan çıxarılmalıdır!!!
09.10.2012 [14:14] - Siyasət
Ötən həftənin sonunda Azərbaycan-Amerika Şurası, Amerika –Azərbaycan Cəmiyyəti, Türk-Amerika Cəmiyyətlərinin Assosiasiyası, Türk –Amerika Cəmiyyətlərinin Federasiyası ABŞ-ın türkdilli icması adından «Hyatt Hotels» kompaniyasının İdarə Şurasına şikayət etdi.

Şikayətin əsas məzmunu budur ki, dünyanın 42 ölkədə 100-dək otelə, mərkəzə və digər servis sahələrinə malik, mərkəzi qərargahı ABŞ-ın Çikaqo şəhərində yerləşmiş «Hyatt Hotels» kompaniyasının icraçı direktoru, mənşəcə Amerika ermənisi Mark Hoplamazyan «erməni soyqırımı» kampaniyasına dəstək vermişdir. Çox maraqlıdır ki, ermənilərə dəstək verən Hoplamazyanın icraçı direktoru olduğu «Hyatt Hotels» Bakıda da brendlərə malikdir.
ANTİ-TÜRKÇÜ MARK HOPLAMAZYAN KİMDİR?
Hoplamazyan ötən əsrin 90-cı illərindən ABŞ-dakı dünya üzrə hotel («Hyatt Hotels Corporation») şəbəkəsinin sahibi Pritzkerlər ailəsinin etibarını qazanmış menecerinə çevrilir. 2006-cı ilin noyabrında o, «Hyatt Hotels Corporation»un baş icraçı direktoru və meneceri olub. Bundan əvvəl 17 il ərzində o, Pritzker ailəsinin kompaniyalarının müxtəlif sahələrində çalışmışdır. Biznesdə uğurlara imza atan bu erməni həmçinin “ermənistan”dakı anti-türk və anti-Azərbaycan kampaniyalarının dəstəkçilərindən biridir. Dəfələrlə o, «erməni soyqırımının» tanıdılması, Qarabağdakı işğalçı erməni rejiminə siyasi və maliyyə yardımı kampaniyasının təşkilatçılarından biri olmuşdur.
Eyni zamanda, anti-türkçü erməni kimi o, dünya üzrə bir sıra erməni biznesmenlərinə də yardım etməkdədir. Məsələn, Moskvadakı ermənilər məhz onun dəstəyi ilə keçmiş “Armeniya” mehmanxanasının yerində «Ararat Park Hyatt» hotelini tikib istifadəyə vermişlər. Maraqlıdır ki, bu hotelin direktoru A.Tavadyan, baş meneceri Sırcan Milekoviç və digər personal üzvləri də ermənilərdir. Bundan əlavə, Hoplamazyan İrəvanda tez-tez görünərək Qarabağdakı erməni işğalçılarını dəstəkləyən kampaniyalara təşəbbüs vermişdir.

BAKIDA ERMƏNİ BRENDİ BİZƏ LAZIMDIRMI?

Bakıda «Hyatt» brendi altında bir neçə biznes sahəsi fəaliyyət göstərir. Bunlar «Hyatt Recensy» hoteli, «Hyatt Park» və «Hyatt Center»dir. Aydındır ki, Bakıda «Hyatt»ın əsas sərmayəçiləri və başçıları ermən deyillər, öz millətimizdəndir. Əlbəttə, biz bu hotel –turizm mərkəzlərinin bağlanmasının əleyhinəyik, çünki orada işləyən, çörək pulu qazanan soydaşlarımız ailə sahibidirlər. Lakin anti-Azərbaycan və anti-türk mövqeyi tutan «Hyatt» brendi artıq bizə lazım deyil. Biz başında ermənilərin durduğu «Hyatt» brendinin Azərbaycandan yığışdırılmasını istəyərdik.
Biz hələ bu məsələnin üzərinə gəlmirik ki, bu brendə görə, Azərbaycan ermənilərə müəyyən brend haqqı da ödəyir. Deməli, hansısa amerikalı erməni dığacığı Azərbaycandan gələn maliyyə hesabına Vaşinqtonda Troy meydanında uydurma “erməni soyqırımına” abidə qoyur, işğalçı “ermənistanın” iqtisadi yüksəlişinə yardım etməlidir və biz də bu dığacığın qazanc mənbəyini öz Vətənimizdə saxlamalıyıq?

Pərviz Elay
“Millətçilik” qəzeti
Bu xəbər oxucular tərəfindən 1112 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed