Şrift:
Cavad Zərif Dəməşqə rəsmi səfər edib
21.04.2020 [11:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bu gün sübh saatlarında 1 günlük rəsmi səfər çərçivəsində Suriyanın paytaxtı Dəməşqə daxil olub.



O, bu gün Suriya prezidenti Bəşər Əsəd və öz suriyalı həmkarı Vəlid əl-Müəllim ilə görüş keçirib. Bu, Zərifin Dəməşqə son 1 il ərzində ilk səfəri hesab edilir.



Xəbərlərə əsasən, tərəflər görüşlər zamanı ikitərəfli münasibətlər, regional məsələlər və Suriyada gedən vətəndaş müharibəsi barədə fikir mübadiləsi aparıblar.



İranda və regionda koronavirusun yayılmasından sonra Zərif heç bir ölkəyə xarici səfər etməyib.



O, sonuncu dəfə Dəməşqə Əsədin dəvəti ilə 2019-cu ilin aprel ayının sonlarında səfər etmişdi.



Digər tərəfdən, 2019-cu ilin fevral ayında Qasım Süleymaninin koordinasiyası ilə Əsədin Tehrana səfəri və bundan xəbərdar olmayan Zərifin heç bir görüşdə iştirak etməməsi ölkədə qalmaqala səbəb olmuşdu. Zərif bu addıma etiraz olaraq istefa versə də, sonrada Süleymani və digər rəsmilərin onun könlünü almasından sonra öz vəzifəsinə geri qayıtmışdı.



Zərif Qasım Süleymaninin öldürülməsindən sonra Dəməşqə gedən ilk yüksək vəzifəli iranlı rəsmidir.
Bu xəbər oxucular tərəfindən 241 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed