Şrift:
"Texas light" neftinin qiyməti tarixdə ilk dəfə mənfiyə düşüb
21.04.2020 [11:43] - Gündəm, İqtisadiyyat
"West Texas Intermediate" (WTI və Texas Light sweet) markalı neftin may füçerslərinin dəyəri tarixdə ilk dəfə mənfiyə düşüb.



“RİA Novosti” xəbər verir ki, bu barədə Nyu-York ticarət birjasının yeni dövriyyəsinin nəticələrində əks olunub.



May ayında tədarük qiymətləri 162 faiz düşərək bir bareli -13,98 dollar olub. Londonun ICE birjasında isə qiymət 104 faiz düşərək -0,75 dollar təşkil edib.


Belə görünməmiş qiymətlər çərşənbə axşamının bu neftin satışının son günü olacağı ilə izah olunur. Eyni zamanda, bu xammal nefti saxlayacaq yer yoxdur - tələb kəskin şəkildə aşağı düşüb və saxlanc yerləri, demək olar ki, doludur.
Bu xəbər oxucular tərəfindən 323 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed