Şrift:
Binəqədidə gizli fəaliyyət göstərən “Mall” aşkar edilib
21.04.2020 [16:15] - Gündəm, Hüquq
Koronavirus infeksiyasının ölkədə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması üçün xüsusi karantin rejimi elan olunmasına baxmayaraq, bəzi obyektlərin fəaliyyət göstərməsi hallarına hələ də rast gəlinməkdədir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən növbəti belə tədbir zamanı “28 May” qəsəbəsi ərazisində yerləşən, paytaxt sakini Qüdrət Alıyevə məxsus “İstanbul Mall” geyim mağazasının gizli şəkildə işlədiyi məlum olub. Obyektə baxış zamanı mağazanın sahib, orada olan müştərilər və işçilər ümumilikdə 8 nəfər müəyyən edilərək bölməyə gətirilib.

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi Q.Alıyev və digər şəxslər barəsində Polis Bölməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək cərimə ediliblər.
Bu xəbər oxucular tərəfindən 663 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed