Şrift:
Danimarka hökuməti bütün əhalini COVİD-19 testindən keçirmək istəyir
22.04.2020 [11:25] - Xəbərlər, Siyasət
Danimarkanın hakimiyyət orqanları bütün əhalini COVİD-19 testindən keçirmək istəyir.

Danimarka KİV-ləri xəbər verir ki, bu, ölkədə həyatın normal məcraya qayıtması və iqtisadiyyatın bərpa olunması strategiyasının bir hissəsidir.

Danimarkanın səhiyyə naziri Maqnus Heunike əhalini bütünlüklə testdən keçirməyin yoluxucu xəstəliklərin qarşısının alınmasında ən effektli vasitə olduğunu vurğulayıb. Onun sözlərinə görə, iqtisadiyyatın bərpası çərçivəsində digər ölkələr də virusun mövcudluğunu təyin etmək məqsədilə əhalini testdən keçirmək qərarına gəliblər. O cümlədən Fransa Prezidenti Emmanuel Makron koronavirus əlamətləri olan bütün insanların mayın 11-dək yoxlanılacağını bəyan edib. Analoji planlarla artıq İsveç də çıxış edib, Böyük Britaniya hökuməti isə hələlik yalnız tibb işçilərini testdən keçirmək niyyətində olduğunu bildirib.

Danimarkada hazırki dövrə qədər digər ölkələrdə olduğu kimi, yalnız ağır simptomları olan və ya risk qrupuna aid insanları testdən keçiriblər. Seçmə test üsulundan istifadənin səbəbi test dəstləri sayının kifayət etməməsi olub.

Qeyd etmək lazımdır ki, Krallıq virusla mübarizə çərçivəsində məhdudiyyətləri ilk azaldan ölkələr sırasındadır. Danimarkanın məsələyə bu cəhətdən yanaşması avropalı qonşularında maraq doğurur. Bundan əvvəl ölkədə ibtidai məktəblərin və uşaq bağçalarının açılması, həmçinin bərbərxanaların fəaliyyətini bərpa etməsi barədə məlumat verilmişdi.
Bu xəbər oxucular tərəfindən 245 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed