Şrift:
Tehranın nəqliyyat sistemi işçiləri arasında koronavirusdan ölənlərin sayı azı 22 nəfərdir
22.04.2020 [16:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda koronavirus pandemiyası yayılandan bu günə qədər Tehranın nəqliyyat sistemində çalışanlar arasında da ölüm halları qeydə alınıb.



Bu barədə məlumat yayan Tehran Şəhər Şurasının Sərnişin Daşıma Komissiyasının sədri Məhəmməd Əlixani bildirib ki, paytaxtın taksi və avtubus sürücüləri arasında qeydə alınmış ölüm halları azı 22 nəfərdir. Eləcə də, koronavirusa 327 taksi sürücüsü yoluxub.



Lakin o, virusa yoluxmuş avtobus sürücülərin dəqiq sayını açıqlamayıb.



Rəsmi sonda metropoliten əməkdaşları arasında da 40-50 nəfərin sözügedən xəstəliyə tutulduğunu deyib.
Bu xəbər oxucular tərəfindən 350 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed