Şrift:
İranda hərbi təyyarə qəzaya uğrayıb. Pilot və köməkçisi həlak olub
23.04.2020 [11:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda hüquq-mühafizə qüvvələrinə məxsus hərbi təyyarə qəzaya uğrayıb.



Hadisə, aprelin 22-si, yerli vaxtla axşam saat 17:00-da İranın Mazandaran əyalətinin Salmanşəhr məntəqəsində baş verib. “Cessna” tipli məşq təyyarəsi əməliyyat zamanı yağışlı və əlverişsiz hava şəraitində qəzaya uğrayaraq Motel Qu şəhərinin ətraf meşələrindən birinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu və köməkçisi yerindəcə həlak olub.



Hadisədən az sonra mediaya açıqlama verən İran hüquq-mühafizə qüvvələrinin sözçüsü Əhməd Nuriyan deyib ki, qəza kəskin və dumanlı hava şəraitində baş verib. O bildirib ki, qəzanın səbəbinin dəqiq araşdırılması üçün hadisə yerinə bir neçə mütəxəssisdən ibarət ekspert qrupu göndərilib.
Bu xəbər oxucular tərəfindən 343 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed