Şrift:
Xəzər rayonunda mağazada yanğın baş verib
23.04.2020 [11:52] - Gündəm, Hadisə
Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, hadisə ümumi sahəsi 120 kvadratmetr olan obyektdə qeydə alınıb. Nəticədə bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən sahəsi 40 kvadratmetr olan ərzaq mağazasının bir hissəsi yanıb. Mağazanın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 123 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed