Şrift:
Sumqayıtda ev yanıb, bir nəfər xəsarət alıb
25.04.2020 [11:49] - Gündəm, Hadisə
Sumqayıt şəhərində ümumi sahəsi 80 kvadratmetr olan birmərtəbəli evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, hadisə nəticəsində ev və içərisindəki əşyalar 50 kvadratmetr sahədə, yaxınlıqda, ümumi sahəsi 110 kvadratmetr olan çayxananın dam örtüyünün bir hissəsi yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin və çayxananın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 137 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed