Şrift:
Özbəkistanda COVID-19 koronavirusundan 621 nəfər sağalıb
25.04.2020 [11:50] - Gündəm, Sosial
Bu günədək Özbəkistanda COVID-19 koronavirusundan 621 nəfər sağalıb.

Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, son sutka ərzində COVID-19 koronavirusuna yoluxanların sayı 58 nəfər artaraq 1836-ya çatıb.

Bildirilir ki, indiyədək 621 nəfər sağalıb, 1207 yoluxan insan müxtəlif xəstəxanalarda müalicə edilir, 8 xəstə ölüb.

Məlumatda bildirilir ki, hazırda Özbəkistanda stasionar və ev şəraitində karantində təxminən 90 min adam var.
Bu xəbər oxucular tərəfindən 63 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed