Şrift:
Salyanda yaşayış binasında partlayış baş verib, xəsarət alan var
25.04.2020 [11:55] - Gündəm, Hadisə
Salyan rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 60 kvadratmetr olan üçotaqlı mənzildə yanğınla nəticələnən partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, yanğın nəticəsində mənzilin 1 otağı və içərisinə yığılan ev əşyaları 20 kvadratmetr sahədə yanıb. Partlayış dalğasının təsirindən mənzilin 2 ədəd pəncərə çərçivəsi yerindən çıxıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 162 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed