Şrift:
Ukraynada koronavirusa yoluxanların sayı 8 mini ötüb
25.04.2020 [12:01] - Xəbərlər, Sosial
Ukraynada son sutkada 478 nəfər koronavirusa tutulub.

Ölkənin Səhiyyə Nazirliyi xəbər verir ki, bununla da Ukraynada koronavirusa tutulanların sayı 8125 nəfərə çatıb. Bu ölkədə son sutkada 8 nəfər ölüb. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 201 nəfərə çatıb. Koronavirusdan ölənlərin 85 faizində ürək-damar xəstəlikləri, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. 782 nəfər tam müalicə olunaraq evlərinə buraxılıb.

Ukraynada koronavirusa yoluxanların 60 faizi 30-59, 20,7 faizi isə 60-100 yaşlı insanlardır.
Qeyd edək ki, ölkədə mayın 11-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib.
Bu xəbər oxucular tərəfindən 87 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed