Şrift:
"Sepah"ın Ukrayna sərnişin təyyarəsini vurmasına etiraz edənlərə 30 ay həbs cəzası verilib
25.04.2020 [12:04] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Mazandaran əyalətinin Amül şəhər məhkəməsi "Sepah" terror təşkilatı tərəfindən Ukraynaya məxsus sərnişin təyyarəsinin vurulmasına etiraz olaraq təşkil edilmiş aksiyada iştirak edən 5 nəfəri ümumilikdə 30 ay həbsə məhkum edib.



İranın hüquq müdafiəçilərinin yaydıqları məlumata əsasən, onların hər birinə 6 ay həbs hökmü oxuyub. Lakin xəbərlərdə həmin şəxslərə qarşı hansı ittihamların sürüldüyü deyilmir.



Xatırladaq ki, “Sepah” terror təşkilatının yanvarın 8-də Tehran beynəlxalq hava limanı yaxınlığında iki raketlə Ukraynaya məxsus Boeing 752 təyyarəsini vurması nəticəsində ükipaj üzvləri ilə birlikdə 176 nəfər ölmüşdü.



Bu hadisəyə etiraz olaraq, Tehran və İranın digər şəhərləri ilə eyni zamanda "Sepah"ın Amül şöbəsinin qarşısında etiraz aksiyası təşkil edilmişdi. Aksiya zamanı 14 nəfər saxlanmışdı. Tutulan zaman polis və təhlükəsizlik qüvvələri tərəfindən vəhşicəsinə döyülən 3 nəfər sonrada xəstəxanaya yerləşdirilmişdi.



Yayılan məlumatlarda açılmış "cinayət işi"nin müstəntiqi olan Rəhim Rüstəminin saxlanılanların ailələrini təhqir etdiyi və onlara qarşı nalayiq ifadələr işlətdiyi də həmin dövrdə yayılan xəbərlər arasında idi.
Bu xəbər oxucular tərəfindən 85 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed