Şrift:
Amerika hökuməti sosiyal məsafə qaydalarını yaya qədər uzatmaga qərar verdi.
25.04.2020 [12:07] - Xəbərlər, Sosial
Amerika hökuməti sosiyal məsafə qaydalarını yaya qədər uzatmaga qərar verdi.Ag evdəki toplantıda diqqət çəkən açıqlamalardan biri də, günəş şüasının coronovirusun ölməsində güçlü təsiri olduğu deyildi. Prezident Trump, Corona virusu ilə mübarizə üçün xalqa müraciət edərək, virusa qalib gəlmək üçün hərkəsin sosial məsafə qaydalarına riayət etməli olduğunu dedi.Könüllü maska istifadə etmək də məsləhətdir. Prezident mayın birinədək planlanan sosiyal məsafə qaydalarının ən pis halda yay mövsümünün sonunda başa çata biləcəyini düşünür.

“Hər gün biz öz düşmənimiz haqqında daha çox öyrənirik. Vətən təhlükəsizliyinin hazırladğıı reportlar bizə virus barədə başqa informasiyalar verdi. Məsəl üçün onun dəyişən iqlim qurşagında və tempraturda yaşayıb yaşamamsı barədərir. Bu araşdırmalar göstərir ki virus soyuq və quru şəraitdə yaşayır. Bizim ücün üçün vacib olan qaydalara əməl etməyimizdir. Biz Amerikada özümüzü təhlükəsiz hiss edənədək qaydalara riayət edəcəyik”

Prezidentin coronavirusdan təsirlənən şirkətlərə göndərdiyi yardımlardan imtina edənlər də olub. Başda Harvard, Stanford və Princeton üniversitetləri bu yardımdan dövlətə dəstək olmaq üçün imtina etdiblər.Xatırladaq ki, təkcə Harvard universiteti paketdən 9 milyon dolar yardım almalı idi. Prezident vacib addımlardan biri kimi Amerika ərazisində testlərin aparılmasını görür.Onun təbirincə desək, Amerika test mövzusunda əla işləyir.Bəs günəş şüaları virusu öldürə bilərmi? Daxili Təhlükəsizlik nazirliyinin rəsmisi William Bryan günəş işığının coronavirusa qarşı güçlü təsiri olduğunu dedi.

“ Bizim ən böyük işimiz odur ki, Coronavirus günəş şüaları düşən yerdə sürətlə ölür. Günəş şüaları coronovirusu sərt yerdə də hava da da öldürür.Biz buna bənzər təsiri havanın rütubətliliyində də görmüşük. Virus havada cəmi iki dəqiqə qala bilər.Ulturabənövşəyi günəş şüaları virusa qarşı güçlü bir təsirə malik olur.Məsələn virus 6 saat yaşaya bilirdisə günəş şüaları ilə iki dəqiqəyə yox olacaq. Bu günə qədər əldə etdiyimiz ən vacib nəticə odur ki, virus havada ölməsində günəş işığı təsirlidir.Virusun ömürü havalar isindikcə qısalacaq.”

Wiliam Bryan, araşdırmalara istinadən dedi ki, qapalı ortamlarda tüpürcəkdən gələn virus damcıları yaşamağa davam edir. Lakin bu günəşli havada baş verərsə sürətlə ölür.O, həmçinin kimyəvi ağardıcıların virusu beş dəqiqədə, izopropilinin isə 30 saniyədə yox etdiyini dedi. Laki vurğuladı ki, yay mövsümü havasının virusu öldürəcəyini deməsi ilə insanlar rahatlanmamlıdır.Çünki günəş şüaları düşməyən yerlərdə virus hələ uzun müddət yaşayacaq.
Bu xəbər oxucular tərəfindən 68 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed