Şrift:
Pompeo: “İran rejimi ölkənin sərvətini terrorizmə sərf etdiyi bir halda iddia edir ki, onun xalqı koronavirusdan qorumağa pulu yoxdur”
25.04.2020 [12:08] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo aprelin 23-də Larry O'Connor radio verilişinə müsahibəsində İran İslam Respublikası rəhbərlərinin ölkə sərvətlərini talamasından və onu beynəlxalq terrorizmə sərf etməsindən danışıb.



Pompeo deyib ki, İran rejimi ölkənin sərvətini terrorizmə sərf etdiyi bir vaxtda iddia edir ki, onun ölkə əhalisini koronavirusdan qorumağa pulu yoxdur: “İran İslam Respublikası rəhbərləri deyirlər ki, onların ölkə əhalisinə dava-dərman almağa kifayət qədər pulları yoxdur. Lakin onlar yalan danışırlar. Biz isə bilirik ki, onlar ölkənin sərvətini terrorizmə sərf edir, ölkənin maddi sərvətlərini bu istiqamətə yönləndirirlər.



Təəssüflər olsun ki, İran rəhbərləri terrorizmə hərtərəfli dəstəyi davam etdirirlər. Bəli, onlar istər Livanda “Hizbullah”a, istərsə də İraqda yarı hərbçi şiə qruplaşmalara yardım edir, ölkənin bütün pulunu bu kimi təhlükəli fəaliyyətlərə ayırırlar.



Vəziyyət isə belə olan bir halda, onlar ölkə əhalisinin sağlamlığını qorumağa pulları olmadığını iddia edir və İran rejiminə qarşı tətbiq edilən sanksiyaların ləğv olunmasını və ya azaldılmasını tələb edirlər” -deyə, ABŞ-ın dövlət katibi Mayk Pompeo Larry O'Connor radio verilişinə verdiyi müsahibəsində bəyan edib.
Bu xəbər oxucular tərəfindən 92 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed