Şrift:
Güney Azərbaycanda koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayı barədə son məlumat
25.04.2020 [13:31] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayı artmaqdadır.



Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə əyalətdə koronavirus infeksiyasından ölənlərin sayının 157 nəfərə çatdığını bildirib. Ağazadənin verdiyi məlumata əsasən, ötən 24 saat ərzində daha 89 nəfərdə infeksiya aşkarlanıb. Beləliklə Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayı 2287 nəfərə çatıb. O, həmçinin əyalətdə xəstəliyə yoluxanlardan 1306 nəfərinin sağaldığını qeyd edib.



Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş isə son 24 saatda daha 9 nəfərin xəstəliyə yoluxduğunu bildirib. Beləlikə əyalət üzrə koronavirusa yoluxanların sayı 935, ölənlərin sayı isə 96 nəfər olub.

Pərviz Qızılbaşın sözlərinə görə, bu günədək Zəncan Əyalətində xəstəliyə yoluxanlardan 746-ı sağalaraq xəstəxanadan evə buraxılıb.



Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sərəncamına əsasən yalnız analizdən keçən və cavabı pozitiv olan xəstələrin sayı koronavirusa yoluxanların rəsmi statistikasına daxil edilir. Xəstəliyə yoluxanların hamısından analiz götürülmədiyi nəzərə alındıqda rəsmi rəqəmlər koronavirusa yoluxanların həqiqi statistikasının sadəcə bir hissəsini təşkil edir.



Güney Azərbaycanın digər əyalətləri, o cümlədən, Həmədan, Ərdəbil və Qəzvinin səhiyyə xidməti məsulları pandemiya ilə bağlı yeni rəqəmlər açıqlamağı dayandırıb. Şərqi Azərbaycan Əyalətinin səhiyyə xidmətinin məsulları isə məhdud şəkildə informasiya yaymağa üz gətirib.



Qeyri-rəsmi mənbələr İranda, o cümlədən Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayının rəsmi statistikadan qat-qat çox olduğunu qeyd edir.
Bu xəbər oxucular tərəfindən 186 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed