Şrift:
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaranmasının 49-cu ildönümü qeyd edilib
25.04.2020 [13:34] - Xəbərlər, Siyasət
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə bu hərbi təhsil ocağının yaranmasının 49-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edənlər hərbi təhsil ocağının yaranma tarixi, xüsusi qəhrəmanlıqları ilə seçilən məzunları və liseydə hazırda görülən işlər barədə danışıblar.

Sonda təhsildə fərqlənən kursantlar fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub.
Bu xəbər oxucular tərəfindən 166 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed