Şrift:
İranda daha 60 nəfər koronavirusdan ölüb. İnfeksiyadan ölənlərin sayı 5710 nəfərə yüksəlib
26.04.2020 [15:07] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur aprelin 26-da mediaya açıqlamasında son 24 saat ərzində koronavirus qurbanlarının son rəsmi statistikasını yayıb.



İranda son 24 saat ərzində daha 60 nəfərin xəstəlikdən öldüyünü bildirən Cahanpur deyib ki, ölkədə “Covid-19” infeksiyasından ölənlərin ümumi sayı 5710 nəfərə yüksəlib: “Son bir sutka ərzində həmçinin daha 1153 nəfərin xəstgəliyə yoluması qeydə alınıb və bununla da bu günə qədər ölkədə koronavirusa yoluxanların ümumi sayı 90481 nəfərə çatıb.



Xoşbəxtlikdən xəstəlikdən sağalıb evə buraxılanların sayı da artaraq 69657 nəri ötüb. Təəssüflər olsun ki, hazırda “Covid-19” pandemiyasına yoluxan 3079 xəstənin vəziyyəti ağırdır və bu xəstələr reanimasiya şöbələrində saxlanılırlar” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur əlavə edib.


Kiyanuş Cahanpur ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 5710 nəfərə, yoluxanların sayının isə 90481 nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərindəki müstəqil mənbələr, indiyə qədər koronavirusdan ölənlərin sayının 35300 nəfəri ötdüyünü, yüzlərlə min insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 513 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed