Şrift:
Misirdə tibb maskası taxmayanalar cərimə ediləcək
27.04.2020 [08:57] - Xəbərlər, Sosial
Misirdə ictimai yerlərdə tibb maskası taxmayanlara qarşı 300 Misir fundu məbləğində cərimə tətbiq ediləcək. Bu barədə məlumat verən Nazirlər Kabinetinin mətbuat katibi Nadir Səid bildirib ki, eyni zamanda, ölkədə tibb maskaları və digər ləvazimatların istehsalı da artırılacaq. Onun sözlərinə görə, COVID-19 pandemiyasının cari ilin sonunadək davam edəcəyi gözlənilir və hökumət epidemiyanın qarşısını almaq məqsədilə əlavə tədbirlər görür.

Son sutka ərzində Misirdə koronavirusdan 10 nəfər həyatını itirib. Səhiyyə Nazirliyi koronavirusdan ölüm hallarının 317 nəfərə çatdığını bildirib.

Nazirliyin məlumatında qeyd edilib ki, aprelin 26-da ölkədə 215 nəfər koronavirusa yoluxub, ümumilikdə isə 4534 yoluxma halı aşkar edilib. Bundan başqa, son sutka ərzində 62 xəstə sağalıb, karantin xəstəxanalarında tam müalicə edilənlərin ümumi sayı isə 1176 nəfərə çatıb.

Misir Prezidenti Əbdülfəttah əs-Sisi Baş Nazir Mustafa Mədbuli və İnformasiya üzrə Dövlət naziri Üsamə Heykalın iştirakı ilə keçirdiyi müşavirədə media orqanlarını koronavirusla bağlı şayiələr yaymamağa, yalnız rəsmi mənbələrə istinad etməyə çağırıb. Pandemiya haqqında qəsdən yalan məlumat yayanlar barəsində isə cinayət işinin qaldırılacağı bildirilib.
Bu xəbər oxucular tərəfindən 301 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed