Şrift:
İranın Fars əyalətində 4,2 bal gücündə zəlzələ olub
27.04.2020 [11:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Fars əyalətinin Zərrindəşt şəhəri yaxınlığında yerləşən tarixi Mezayan kəndi ətrafında Rixter cədvəli üzrə 4,2 bal gücündə zəlzələ baş verib.



İranın Seysmoloji Mərkəzinin yaydığı xəbərə əsasən, zəlzələ aprelin 26-sı, yerli vaxtla axşam saat 20:42 radələrində yerin 18 kilometr dərinliyində qeydə alınıb. Zəlzələ Zərrindəşt şəhərində də hiss olunub. Təbbi fəlakət nəticəsində ölən olmayıb.



Zəlzələnin mümkün dağıntılara səbəb olub-olmaması barədə hər hansı bir məlumat yayılmayıb.
Bu xəbər oxucular tərəfindən 304 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed