Şrift:
Ukraynada son sutkada koronavirusdan ölənlərin sayı artıb
28.04.2020 [11:45] - Gündəm, Sağlıq
Ukraynada son sutkada 401 nəfər koronavirusa yoluxub.

Ölkənin Səhiyyə Nazirliyi xəbər verir ki, bununla da Ukraynada koronavirusa tutulanların sayı 9410 nəfərə çatıb. Ölkədə son sutka ərzində 19 nəfər ölüb. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 239 nəfərə çatıb. Koronavirusdan ölənlərin 85 faizində ürək-damar xəstəlikləri, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. Yoluxanlardan 992 nəfər tam müalicə olunaraq evlərinə buraxılıb.

Ukraynada COVID-19-a yoluxanların 60 faizi 30-59, 20,7 faizi isə 60-100 yaşlı insanlardır.

Qeyd edək ki, ölkədə mayın 11-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib.
Bu xəbər oxucular tərəfindən 398 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed