Şrift:
Rusiya koronavirusa yoluxanların sayına görə dünyada səkkizinci yerə çıxıb
28.04.2020 [17:09] - Xəbərlər, Sosial
Rusiyada koronavirus infeksiyasına yoluxanların sayı 93 min 558 nəfərə çatıb.

Ötən gün ərzində COVID-19 xəstələrinin sayı 6411 nəfər artaraq, 93 min 558 nəfərə çatıb. Beləliklə, Rusiya ABŞ, İspaniya, İtaliya, Fransa, Almaniya, Böyük Britaniya və Türkiyədən sonra infeksiyaya yoluxanların sayına görə dünyada 8-ci yerə çıxıb.

Bir gündə ölkədə 1110 xəstə sağalıb, 72 nəfər dünyasını dəyişib. Ümumilikdə, Rusiyada 8456 xəstə sağalıb, 867 nəfər vəfat edib
Bu xəbər oxucular tərəfindən 166 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed