Şrift:
Ermənistan ordusunun iki əsgəri partlayış nəticəsində xəsarət alıb
28.04.2020 [17:16] - Gündəm, Hərb
Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində xidmət edən iki hərbi qulluqçu təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verən partlayışda xəsarət alıb.

Erməni KİV-ləri xəbər verir ki, 1-ci motoatıcı alayın döyüş mövqeyində xidmət edən əsgərlər hərbi hospitala təxliyə olunublar.

Hadisə şahidlərinin dediyinə görə, 12,7 millimetrlik iriçaplı pulemyot mərmilərinin partlaması nəticəsində əsgər Qurqen Qalustyan əlindən, əsgər Artur Asoyev isə əl və ayaq nahiyəsindən yaralanıb. Müayinədən və ilkin tibbi yardım göstərildikdən sonra həkimlər hər iki hərbi qulluqçunun vəziyyətinin orta ağır olduğunu bildiriblər.

Faktla bağlı araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 175 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed