Şrift:
İranda koronavirusdan 100-dən çox həkim və tibbi bacısı ölüb
28.04.2020 [17:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda koronavirusa yoluxmuş xəstələri müalicə edən həkim və tibb bacıları içərisindən 100-dən çox ölüm faktı qeydə alınıb.



Bu barədə məlumat yayan İranın Koronavirusla Mübarizə üzə Milli Qərargahının koordinasiya şöbəsinin rəhbəri Nəsrullah Fəthiyan bildirib ki, ölkənin 64 Tibb Elmləri İnstitutunda ümumilikdə 150 mindən çox tibbi personal koronavirusa yoluxmuş vətəndaşların müalicəsi ilə məşğul olub.



O, həmçinin əlavə edib ki, koronavirusun yayılmasından bu günə kimi ölkənin bütün bölgələrində 20 mindən çox həkim, 100 mindən çox isə tibb bacısı vətəndaşlara tibbi xidmət göstərib.



Qeyd etmək lazımdır ki, İran koronavirusa yoluxmuş tibbi personal barədə rəsmi statistika yaymır. Bir müddət Tibb Bacıları Evinin katibi Məhəmməd Şərifi Müqəddəm bildirmişdi ki, təhlükəsizlik məsələləri baxımından onlar tibbi personal arasında koronavirusa yoluxma və ölüm halları ilə bağlı dəqiq rəqəmləri açıqlaya bilmirlər.



Digər tərəfdən, müxtəlif beynəlxalq qurumların apardığı araşdırmalar göstərir ki, bütün ölkələrdə koronavirus ən çox bu infeksiyaya yoluxmuş xəstələrlə birbaşa təmasda olan tibb işçilərinin həyatını təhlükə altında qoyur.
Bu xəbər oxucular tərəfindən 169 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed