Şrift:
COVID-19: Fransada epidemiyadan ölənlərin sayı 23 660-a çatıb
29.04.2020 [09:59] - Gündəm, Sağlıq
Fransada COVID-19 epidemiyasından ölənlərin sayı 14 810-u xəstəxanalarda, 8 850-si qocalar evlərində olmaqla 23 660-a çatıb. Son 24 saat ərzində 367 ölüm faktı qeydə alınıb.

Bu haqda Fransanın səhiyyə üzrə baş direktoru Jerom Salomon mətbuata açıqlamasında deyib.

Qeyd edib ki, epidemiya başlayandan xəstəxanalara 90 min xəstə yerləşdirilib. Hazırda xəstəxanalarda 27 484 xəstə var ki, 4 387-si ağır vəziyyətdə reanimasiya şöbələrindədir. Bu gün xəstəxanalara 1 474 yeni xəstə qəbul edilib ki, onlardan 153-ü reanimasiyaya yerləşdirilib. Bu günə qədər 46 886 xəstə sağalıb.

Fransada koronavirusa yoluxanların sayı 129 859-a çatıb ki, bunlardan 1520-si son bir sutkada aşkarlanıb.
Bu xəbər oxucular tərəfindən 72 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed