Şrift:
Ukrayna XİN qondarma “erməni soyqırımı”nı tanımaqdan imtina edib
29.04.2020 [10:14] - Xəbərlər, Siyasət
Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Osmanlı imperiyasında 1915-ci ildə baş vermiş hadisələri “erməni soyqırımı” kimi tanımaqdan imtina edib.


Bu barədə nazirliyin dövlət qurumlarına göndərdiyi sənəddə deyilir.



Ukrayna XİN bildirib ki, 1915-ci il hadisələrinin tanınması və qeyd olunması Ukraynanın strateji tərəfdaşı Türkiyə üçün həssas məsələdir və bu mövzu Ermənistan və Türkiyə tərəfindən obyektiv tədqiq olunmalıdır:

“Rəsmi səviyyədə anım mərasimlərində iştirak etməməyi, eləcə də “erməni xalqının soyqırımı” və ya “erməni soyqırım” terminlərini istifadə etməməyi xahiş edirik”.
Bu xəbər oxucular tərəfindən 254 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed