Şrift:
“Qəzvin əyalətində yeni mis mədənində istehsal işləri başlayır”
29.04.2020 [10:15] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qəzvin Əyalətində yerləşən aşağı Tarəm mis mədəni projesində işlər yekunlaşıb, mədən 2 ay ərzində rəsmən fəaliyyətə başlayacaq.



Bu barədə Qəzvin Valiliyinin Yatırıma Dəstək Ofisinin rəisi Murtaza Əlixani valilikdə keçirilən iclasda çıxış edərkən danışıb.



“Mədəndə işlərin 100 faizi görülüb, artıq istifadəyə verilmək ərəfəsindədir. Bu, 2 ay ərzində baş verəcək.

Mədənin fəaliyyətinə maneçilik yaradan yeganə məsələ elektrik problemi idi. Bu problem də artıq Məntəqə Elektrik İdarəsi tərəfindən aradan qaldırıldı. Bu yaxınlarda rəsmi açılış mərasimi keçiriləcək.”- deyə o bildirib.



Murtaza Əlixaninin sözlərinə görə, mədən ötən il istifadəyə verilməli idi, amma İranda keçirilən parlament seçkiləri və koronavirus böhranı səbəbindən bu, mümkün olmayıb.



Valilik rəsmisi mədəni çalışdıracaq şirkətin kimə və ya kimlərə aid olduğunu bildirməyib, lakin vurğulayıb ki, mis mədənində ən çox yerli işçi qüvvəyə üstünlük veriləcək.



Qeyd edək ki, bu günə qədər İran rejimi Güney Azərbaycandakı mədənləri müstəmləkəçi baxışı ilə qarət edib. İstehsalat işlərində elmi üsullardan istifadə edilmədiyi üçün bölgədə ətraf mühitə ağır ziyan dəyir. Mədənlərdən əldə olunan qazanc əsasən fars bölgələrindən olan şirkətlərə nəsib olur. Azərbaycan mədənlərində hətta yerli işçi qüvvədən belə istifadə olunmur. Ona görə də bu mədənlərin bölgənin iqtisadiyyatına təxminən heç bir müsbət təsiri yoxdur. Misal üçün Tikantəpədə yerləşən “Zərşoran” və “Ağdərə” mədənləri İran və Yaxın Şərqin ən böyük qızıl mədənləri kimi tanındığı halda, Tikantəpə Güney Azərbaycan və İranın ən yoxsul şəhərlərindən biridir.
Bu xəbər oxucular tərəfindən 66 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed