Şrift:
Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 1955 nəfərdir
29.04.2020 [10:47] - Gündəm, Sosial
Son 24 saat ərzində Özbəkistanda COVID-19 koronavirusuna 31 nəfər yoluxub və yoluxanların ümumi sayı 1955 nəfərə çatıb.

Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, bu günədək 992 nəfər sağalıb, 955 nəfər müalicə alır, 8 xəstə ölüb. Bildirilir ki, virusa tutulanların sayı getdikcə aşağı düşür, sağalanların isə artır.

Qeyd edilir ki, sağalanların ən yaşlısının 72, cavanının isə 20 yaşı var.
Bu xəbər oxucular tərəfindən 345 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed