Şrift:
“COVID-19 üzrə potensialın artırılması proqramı” çərçivəsində onlayn təlimlər keçiriləcək
29.04.2020 [11:11] - Xəbərlər, Sosial
Səhiyyə sahəsində çalışan mütəxəssislər üçün Hindistan Xarici İşlər Nazirliyinin Hindistan İqtisadi və Texniki Əməkdaşlıq Proqramı (ITEC) çərçivəsində “COVID-19-un idarə olunması strategiyaları və əlaqəli aspektlər” mövzusu üzrə onlayn təlimlər keçiriləcək.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, “COVID-19 üzrə potensialın artırılması proqramı” çərçivəsində keçiriləcək canlı vebinarlar Çandiqarxda yerləşən Aspirantura Tibbi Təhsil və Araşdırma İnstitutu tərəfindən aparılacaq.

COVID-19 pandemiyasının idarə olunmasına aid ən vacib məsələlər üzrə e-ITEC interaktiv vebinar sessiyaları müddətində COVID-19 nədir, infeksiyanın qarşısının alınması tədbirləri, COVID-19 xəstələrinin müəyyən edilməsi üsulları, onların təmasda olduğu şəxslərin müəyyənləşdirilməsi, sahə nəzarəti və ictimai səhiyyə tədbirləri, həmçinin digər mövcud məsələlər əhatə ediləcək.

Altı gün davam edəcək onlayn təlimlərdə Azərbaycan Respublikası da daxil olmaqla, müxtəlif ölkələrin səhiyyə işçiləri, tibb mütəxəssisləri iştirak edəcəklər.
Bu xəbər oxucular tərəfindən 104 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed