Şrift:
Rusiyada ilk dəfə COVID-19 xəstəliyindən bir gündə ölənlərin sayı 100 nəfəri keçib
29.04.2020 [14:19] - Xəbərlər, Sosial
Rusiyada ötən gün ərzində koronavirus infeksiyasına 5841 nəfərin yoluxduğu aşkar edilib.

Aprelin 28-də ölkədə daha 5841 nəfərdə koronavirus aşkar edilib. Beləliklə, Rusiyada COVID-19 xəstələrinin sayı 99 min 399 nəfərə çatıb. İlk dəfə olaraq ölkədə bu xəstəlikdən bir gündə 100-dən çox – 108 nəfər vəfat edib. Eyni zamanda, bir gündə 1830 xəstə sağalaraq, xəstəxanadan evə buraxılıb.

Rusiyada indiyədək 972 COVID-19 xəstəsi vəfat edib, 102 min 86 nəfər sağalıb.

Moskvada bir gündə 2220 nəfərdə koronavirus aşkar edilib. Həmin dövrdə Rusiya paytaxtında 67 xəstə vəfat edib.
Bu xəbər oxucular tərəfindən 312 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed