Şrift:
“Söz” öyrənci nəşriyyəsinin üçüncü sayı nəşr olunub – Təbrizin Tibb Universitetində
30.04.2020 [11:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin Tibb Universitetində “Söz” öyrənci nəşriyyəsinin üçüncü sayı nəşr olunub.



Türk öyrəncilər tərəfindən nəşr olunan nəşriyyədə “Bizi din adı ilə öldürdülər; Sudan inqilabı haqda bir dosye - Azadlıq Firqəsi; Azərbaycan Demokrat Firqəsi - Bir ideya; Bazar, inhisarçılığı aradan qaldırmaq istiqamətində hərəkət edir - Antropologiya və Qulamhüseyn Saidinin əsərləri -“Joker” filminin psixoloji təhlili və işçi uşaqlar” mövzularından bəhs olunub.



“Söz” nəşriyyəsi öyrəncilər arasında, hətta Güney Azərbaycanın mədəni mühitində diskussiya dəyişikliyi yaradan nəşriyyələrdən biri olub.



Nəşriyyənin məsulları yeni sayının koronavirus böhranı ilə əlaqədar nəzərdə tutulan tarixdən bir müddət sonra nəşr olunduğunu bildiriblər.
Bu xəbər oxucular tərəfindən 98 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed