Şrift:
Sulduzda divarlara azərbaycanlı fəalların azadlığını tələb edən posterlər yapışdırılıb
30.04.2020 [11:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Koronavirus böhranı ilə əlaqədar güney azərbaycanlı milli-mədəni fəalların azadlığa buraxılmasını tələb eədn soydaşlarımızın sayı gün keçdikcə artır.



Son məlumata görə, Qərbi Azərbaycan Əyalətinin Sulduz şəhərində divarlara fəalların sərbəst buraxılmasını tələb edən şüarlar yazılıb.

Posterlər yerli millli-mədəni fəallar tərəfindən əhali arasında da geniş paylanılıb.



Koronavirus infeksiyası ilə əlaqədar bir neçə güney azərbaycanlı milli-mədəni fəal məzuniyyətə buraxılıb. Lakin Azərbaycan əhalisi və beynəlxalq insan hüquqları qurumlarının ardıcıl tələbinə baxmayaraq Abbas Lisani, Lətif Həsəni, Tövhid Əmir Əmini və Məhəmməd Əbdülməhəmmədzadə kimi milli-mədəni fəallar hələ də həbsxanadan məzuniyyətə buraxılmır.
Bu xəbər oxucular tərəfindən 368 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed