Şrift:
Özbəkistanda COVID-19-dan 1096 nəfər sağalıb
30.04.2020 [11:24] - Gündəm, Sosial
Özbəkistanda indiyədək koronavirusdan 1096 nəfər sağalıb.

Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, son 24 saat ərzində Özbəkistanda COVID-19-a 62 nəfər yoluxub və onların ümumi sayı 2017-yə çatıb.

Bildirilir ki, bu günədək 1096 nəfər sağalıb, 912 nəfər müalicə alır, 9 xəstə ölüb.

Ölkədə karantin rejimi yumşaldılmağa başlanılıb, bununla belə karantin mayın 10-dək qüvvədədir.

Xatırladırıq ki, martın 30-dan ölkədə fərdi maşınların şəhərə çıxmasına qadağa qoyulmuşdu. Artıq fərdi maşınlar səhər saat 7.00-dan 10. 00-dək və axşam saat 17.00—dan 20.00-dək şəhərə çıxa bilər. Hələ ki, Özbəkistanın şəhərlərində ictimai nəqliyyat, taksilər, Daşkənddə metro işləmir.
Bu xəbər oxucular tərəfindən 101 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed