Şrift:
Almaniya Hizbullahı terror təşkilatı kimi tanıyıb
30.04.2020 [15:44] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Almaniya hökuməti İran tərəfindən maliyyələşdirilən və dəstəklənən Livanın Hizbullah qruplaşmasını terror təşkilatı kimi tanıdığını bəyan edib.



Bu barədə qərarı açıqlayan Almaniyanın Daxili İşlər naziri artıq Hizbullahın ölkədə bütün fəaliyyətlərinin də qadağan edildiyini deyib. Onun sözlərinə görə, ölkə polisi dünən Hizbullahın 4 şəhərdə olan məscidində əməliyyat keçirib.



Almaniyanın xüsusi xidmət orqanları rəsmiləri Hizbullahın ölkədə təqribən 1050 üzvünün olduğunu düşünürlər. Ötən il yayılmış kəşfiyyat raportunda qruplaşmanın Almaniyada təxminən 30 məscid və islami mərkəzinin olduğu qeyd edilirdi.



Ötən illər ərzində Amerika Birləşmiş Ştatları və İsrail dəfələrlə Almaniyada Hizbullahın bu ölkədə fəaliyyətinə son qoymasını istəmişdilər. Lakin rəsmi Berlin bu günə qədər qruplaşmanın siyasi və hərbi qolları arasında fərq qoyurdu.



Qeyd etmək lazımdır ki, indiyə qədər Amerika, Kanada, İsrail, Britaniya, Hollandiya və Ərəb Birliyi Hizbullahın hər iki qolunu terror təşkilatı kimi tanıyıb.
Bu xəbər oxucular tərəfindən 79 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed