Şrift:
İranda daha 71 nəfər infeksiyadan ölüb. Koronavirusdan ölənlərin sayı 6028 nəfərə çatıb
30.04.2020 [15:46] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda son bir sutka ərzində daha 71 nəfər koronavirusdan ölüb.



İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bu gün mediaya açıqlamasında son 24 saat ərzində ölkədə daha 983 yeni koronavirusa yoluxma halının qeydə alındığını bəyan edib: “Bununla da daha 71 nəfərin xəstəlikdən ölməsi ilə İranda bu günə qədər “Covid-19” infeksiyasından ölənlərin ümumi sayı 6028 nəfərə, xəstəliyə yoluxanların ümumi sayı isə 94640 nəfərə yüksəlib.



Xoşbəxtlikdən infeksiyadan sağalıb evə buraxılanların sayı da artaraq, 75103 nəfərə çatıb. Təəssüflər olsun ki, hazırda koronavirusa yoluxan xəstələrdən 2976 nəfərinin durumu ağırdır” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur koronavirus qurbanlarının yeni statistikanı yayarkən bildirib.

Qeyd edək ki, Kiyanuş Cahanpur ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 6028 nəfərə, yoluxanların sayının isə 94640 nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərindəki müstəqil mənbələr, ölkədə indiyə qədər koronavirusdan ölənlərin sayının 37 mini keçdiyini, yüzlərlə min insanın isə xəstəliyə yoluxduğunu bildirirlər
Bu xəbər oxucular tərəfindən 85 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed