Şrift:
ABŞ-da neft anbarlarının təxminən üçdəikisi dolub
30.04.2020 [16:15] - Gündəm, İqtisadiyyat
ABŞ Energetika Nazirliyinin Enerji İnformasiyası İdarəsinin məlumatına görə, ölkə ərazisindəki neft anbarlarının 61 faizi dolub.

TASS informasiya agentliyi xəbər verir ki, hazırda ABŞ-ın anbarlarında 397,9 milyon barrelə yaxın neft var. Anbarların maksimum tutum isə 653,5 milyon barreldir.

Oklahoma ştatının Kuşinq şəhəri yaxınlığında yerləşən neft anbarı 81 faiz (61,3 milyon barrel) dolub. Meksika körfəzi sahillərində və Orta Qərbdəki anbarlara vurulan neft isə müvafiq olaraq tutumun 60 və 65 faizi qədərdir (221,6 və 111,8 milyon barrel).

Martın 31-dən aprelin 24-dək ABŞ-da neft ehtiyatları 16 faiz – 73,9 milyon barrel artıb.
Bu xəbər oxucular tərəfindən 164 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed