Şrift:
Qarsda məhv edilən yeddi terrorçudan dördü axtarışda olub
01.05.2020 [10:24] - Xəbərlər, Hərb
Türkiyə Daxili İşlər Nazirliyinin Qars vilayətinin Kağızman rayonunda başladığı antiterror əməliyyatı uğurla başa çatıb.

Bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat yayılıb. Bildirilir ki, iki gün davam edən antiterror əməliyyatında PKK-nın yeddi üzvü zərərsizləşdirilib. Bununla da terror təşkilatının “Çemçe“ qrupu tamamilə məhv edilib. Zərəsizləşdirilən terrorçulardan dördü nazirlik tərəfindən axtarışda olub. Məhv edilən terrorçular silahlı olublar.
Bu xəbər oxucular tərəfindən 68 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed