Şrift:
Misirin Şimali Sinay bölgəsində terror aktı nəticəsində əsgərlər həlak olub
01.05.2020 [10:26] - Gündəm, Hərb
Misirin Şimali Sinay bölgəsində terrorçu qrupun avtomobildə yerləşdirdiyi partlayıcı qurğunun işə salınması nəticəsində Silahlı Qüvvələrin 10 əsgəri həlak olub və yaralanıb.

Misir ordusunun Baş Qərargahının yaydığı məlumatda terror aktının Bir Əl-Əbd şəhərindəki yoxlama-nəzarət məntəqəsində törədildiyi bildirilir. Qeyd olunub ki, bu hadisə fevral ayından bəri törədilən ilk terror aktıdır. Aparılan antiterror əməliyyatı zamanı ən azı 10 terrorçunun öldürüldüyü qeyd olunub.

Misir Prezidenti Əbdülfəttah əs-Sisi həlak olan hərbçilərin ailələrinə başsağlığı verib. “Şeytani güc hələ də ölkəni öz əsarəti altına almağa cəhd edir. Lakin Allahın köməyi və Misir xalqının dəstəyi ilə Silahlı Qüvvələr onların çirkin planlarının qarşısını qətiyyətlə almağa qadirdir”, - deyə dövlət başçısının bəyanatında vurğulanır.
Bu xəbər oxucular tərəfindən 80 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed