Şrift:
Türkiyənin nazir müavini iki qardaş ölkə arasında münasibətlərdən bəhs edib
01.05.2020 [10:28] - Xəbərlər, Türk dünyası-Turan
Azərbaycan Gənclərinin Ankara Həmrəyliyi (AGAH) İctimai Birliyinin internet televiziyası olan AGAH TV-nin “Salam, Azərbaycan!” proqramının növbəti qonağı Türkiyə Xarici İşlər nazirinin müavini Yavuz Selim Kıran olub.

Verilişdə yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı tədbirlər və yoluxanların müalicəsində Türkiyə-Azərbaycan əməkdaşlığı, Dağlıq Qarabağ münaqişəsi, gənclər təşkilatlarının iki qardaş ölkə münasibətlərinin inkişafındakı rolu və sair mövzular müzakirə edilib. AGAH-ın sədri Təbriz Raufoğlunun aparıcılığı ilə həyata keçirilən proqramda iki qardaş ölkənin birlik və bərabərliyinin əbədi olacağı vurğulanıb.

Dağlıq Qarabağ münaqişəsi başda olmaqla bütün mövzularda Türkiyənin həmişə Azərbaycanın yanında olduğunu bir daha bəyan edən nazir müavini qardaş ölkədə yaşayan və təhsil alan azərbaycanlı tələbə-gənclərə xitabında deyib ki, ölkələrimiz arasında qardaşlıq və dostluq münasibətləri əbədidir. Gənclərimiz bu siyasətin qorunmasında və inkişafında fəal olmalıdırlar.

Qeyd edək ki, Azərbaycanın Türkiyədəki Səfirliyinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində AGAH TV-nin proqramları “Facebook” və “Twitter” üzərindən birbaşa yayımlanır.
Bu xəbər oxucular tərəfindən 472 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed