Şrift:
Misirdə koronavirusdan ölənlərin sayı 392 nəfərə çatıb
01.05.2020 [10:30] - Gündəm, Sosial
Misirdə son sutka ərzində koronavirusdan 12 nəfərin ölüb.

Misirin Səhiyyə Nazirliyi ölkədə koronavirusdan həyatını itirənlərin sayının 392 nəfərə çatdığını bildirib. Qeyd olunub ki, aprelin 30-da COVID-19 virusuna 269 yoluxma halı qeydə alınıb və xəstələrin ümumi sayı 5537 nəfərə çatıb. Koronavirusa yeni yoluxanların üç nəfəri əcnəbilərdir. Bundan başqa, son sutka ərzində 46 xəstənin sağaldığı, karantin xəstəxanalarında tam müalicə edilənlərin ümumi sayının isə 1381 nəfərə çatdığı bildirilib.

Misirin Baş Naziri Mustafa Mədbuli bildirib ki, ölkədə pandemiyanın nəzarətdən çıxması təhlükəsi yarandıqda, əhalinin bir yerə toplaşmasının qarşısını almaq üçün əlavə təxirəsalınmaz tədbirlər görülə bilər.
Bu xəbər oxucular tərəfindən 55 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed