Şrift:
Dubay Britaniya Milli Səhiyyə Xidmətinə 660 qutudan çox maska göndərib
01.05.2020 [10:52] - Gündəm, Sosial
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş Naziri və Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktum Britaniya Milli Səhiyyə Xidmətinə (NHS) 60 ton fərdi qoruyucu vasitə göndərib.

Al Məktumun köməkçisi şeyxin Britaniya ilə dərin münasibətlərinin olduğunu və oradakı tibb işçilərini qorumaq üçün üzərinə düşəni etməyə qərarlı olduğunu deyib.

Hitrov Beynəlxalq Hava limanına eniş edən ilk təyyarədə 660 qutudan çox maska və digər qoruyucu vasitələrin olduğu bildirilib. Növbəti günlərdə daha çox qoruyucu vasitələrin gətirilməsi gözlənilir.
Bu xəbər oxucular tərəfindən 50 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed