Şrift:
Tehranda məhdudiyyətlər ləğv edildikdən sonra yollarda hərəkət intensivliyi 75% artıb
01.05.2020 [11:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tehran əyalətinin Koronavirusla Mübarizə üzrə Qərargahının sədri Əlirza Zali paytaxtda həyatın öz normal axışına qayıtmasından sonra yollarda hərəkət intensivliyinin 75% artdığını bəyan edib.



O, yerli media orqanlarından birinə verdiyi müsahibədə intensivliyin yüksəlməsinin Tehranın mərkəzi hissələrində müşahidə edildiyini deyib.



Rəsmi qeyd edib ki, bu yüksəlmə dövlətin Tehranda koronavirusla mübarizə istiqamətində güclü tədbirlər görməsinin zərurətindən xəbər verir.



Əlirza Zali bir müddət əvvəl, məhdudiyyətlərin ləğv edilməsi müzakirələri gedən zaman ictimai nəqliyyatın yenidən adi qaydada fəaliyyətə başlamasının Tehranda koronavirus infeksiyasının daha da kəskin yayılmasına səbəb olacağı barədə müxtəlif qurumlara xəbərdarlıq etmişdi.



O, keçən həftə isə hərəkətin intensivliyi, xüsusilə əyalətlər arası gediş-gəlişin kəskin yüksəlməsindən narahatlıq ifadə edərək, bu istiqamətdə məhdudlaşdırıcı tədbirlərin qəbul edilmədiyi təqdirdə, koronavirusun ölkəni daha da cənginə alacağını bildirmişdi.



"Son günlər ictimai nəqliyyat vasitələrindən istifadə böyük miqdarda artıb. Son günlərdə təxminən 570 min nəfər ictimai nəqliyyatdan, daha dəqiq desək, metrodan istifadə edib", - deyə Zali vurğulamışdı.
Bu xəbər oxucular tərəfindən 110 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed